Leyla Abdullayeva: “Xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin bir hissəsidir”


09:17     13 Sentyabr 2019 2019/09/3DC69DF2-58A2-4997-A663-C95A9F199E15_1568352151.jpeg


Azərbaycanın Türkiyədəki səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

Kkonfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsilçiləri, Azərbaycan və
Türkiyənin dövlət və siyasi xadimləri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycanın diplomatik orqanlarının 100 il əvvəl yaranması və hazırkı fəaliyyəti, inkişaf istiqamətlərihaqqında məlumat verib.

Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın mühazirəsi dinlənilib. Azərbaycanın tarixi, coğrafi mövqeyi, diplomatik orqanlarının yaranması, hazırkı xarici siyasətimizin əsasları, ölkəmizin sosial-iqtisadi inkişaf durmu, Ermənistan-Azərbaycan-Dàğlıq Qarabağ münaqişəsinə Azərbacanın baxışı haqqında tədbir iştirakçıkarına geniş məlumat verib.

Sonda Leyla Abdulayeva tədbir iştirakçılarının suallarını cavablandırıb. O, APA-ya bildirib ki, bu cür silsilə tədbirlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır: “Ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin bir hissəsidir. Hesab edirəm ki,
təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin mütəxəssisləri üçün xüsusilə lazımlıdır”.

Qeyd edək ki, L.Abdullayevanın səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirliklərinin mətbuat katibləri arasında əməkdaşlıq imkanları, tərəflər arasında davamlı informasiya mübadiləsinin olması da müzakirə edilib.

Açar sözlər:

Oxunub: 364