Tovuzda sabiq məhkəmə sədri güllələnərək öldürüldü - YENİLƏNİB


09:55     13 Sentyabr 2019 gullelenme5.jpg


Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədri xəstəxanada ölüb.



Femida.az-ın məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.

***

Tovuzda güllələnmə hadisəsi baş verib.

Rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 1438