Azərbaycanlı Hacı Elbrus Antalyada bıçaqlandı


10:24     13 Sentyabr 2019 bicaq.jpg

Antalyada bıçaqla vurulan azərbaycanlı ağır vəziyətdə xəstəxanaya yerləşdirilib.


Femida.az -ın Unikal.org-a istinadən məlumatına görə, Antalyanın Konyaaltı mahalı, Liman məhəlləsində Azerbaycan əsilli Hacı Elbrus Hacılı ilə kimliyi bilinməyən bir şəxs arasında mübahisə yaşanıb.

Hacı Elbrusla şəxsiyəti məlum olmayan bir nəfər arasında mübahisə sonradan davaya çevrilib.

Nəticədə Hacı Elbrus ombasından bıçaqlanıb.

Hadisəni törədən cinayətkar isə qaçıb. Hazırda hüquq-mühafizə orqanları Hacı Elbrusu bıçaqlayan şübhəlini axtarır.

Açar sözlər:

Oxunub: 487