Oğru iş başında tutuldu


21:00     13 Noyabr 2015 9f32c301e3f3cc5f932c3012e7b1ce48.jpg

Xırdalan şəhərindəki mağazalardan birindən oğurluğa cəhd göstərmiş şəhər sakini T.Abbasov saxlanılıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 12-də saat 02 radələrində Xırdalan şəhərindəki mağazalardan birindən Baş Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.

Abşeron Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə mağazanın giriş qapısını sındıraraq oğurluğa cəhd göstərmiş şəhər sakini Tural Abbasov saxlanılıb və RPİ-yə təhvil verilib.

Açar sözlər:

Oxunub: 902