Bu metronun giriş-çıxışı 2 günlük bağlanır


05:45     20 May 2015 95438.jpg

“Gənclik” stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1-ci vestibülün bir giriş-çıxışı 2 günlük bağlanır.


Femida.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “Gənclik” stansiyasının İdman Akademiyası istiqamətində olan vestibülün giriş-çıxışı 20-22 may tarixinə kimi müvəqqəti olaraq bağlanır.

Nəsimi Paşayevin sözlərinə görə, bağlanacaq giriş-çıxış sadəcə yeni tikilən ticarət mərkəzi tərəfdən olacaq. Digər 3 giriş-çıxış isə açıq olacaq.

Təmir işlərinin 22 may səhər saat 6.00-ya qədər tamamlanması planlaşdırılır.

Açar sözlər:

Oxunub: 518