Peşə məktəblərində müəllim işləmək istəyənlərin nəzərinə!
11:36 13 Sentyabr 2019
Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənəd qəbulu başlayıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplayan, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən və dövlət nümunəli təhsil sənədi (diplom) alan şəxslər müraciət edə bilərlər.
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq.
Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) sentyabr ayının 20-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
- Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb
- Peşə liseyi direktorunun cinayət işi məhkəməyə göndərilib
- Peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olundu
- Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək
- Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək
- Peşə dərslərinin sabaha olan CƏDVƏLİ
- Peşə təhsilinə göstərilən qayğı insan kapitalına qoyulan investisiyadır