Dəhşətli qəza: avtomobil parçalandı, sürücü isə havada "uçdu"- VİDEO


12:08     13 Sentyabr 2019 19_09_13_1568362188.jpg

İstanbulda keçən ay baş verən və 1 nəfərin öldüyü dəhşətli yol qəzasının kadrları sosial şəbəkədə yayımlanıb.


Femida.az avtosfer.az-a istinadən xəbər verir ki, insident avqustun 11-i yerli saatla səhər 03.00 radələrində Bəylikdüzü rayonunun Ankara istiqamətində qeydə alınıb. Görüntülərdə sürətlə hərəkətdə olan avtomobilin əsas yol ilə yan yolu ayıran səkiyə çırpılaraq havaya qalxdığı görülür.

Sonrada istiqamət bildirici nişanın beton dirəyinə dəyərək asılı qalır. O anlarda sürücü ön hissədən təxminən 30 metrə irəliyə "uçaraq" yan yola düşür.




Açar sözlər: #video   #qəza  

Oxunub: 1650