Bakıda arvadını evində xəyanət edərkən tutan ər bıçaqlandı
12:14 13 Sentyabr 2019
Bakıda 21 yaşlı oğlan bıçaqlanıb.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb.
Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi, 1992-ci il təvəllüdlü Seyran Əliyev C. Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub.
Belə ki, S. Əliyev qadınla onların evində görüşən zaman C. Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. S. Əliyev masanın üzərindəki bıçağı götürərək C. Əhmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən S. Əliyev polis tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
Oxunub: 565
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb