Vilayət Eyvazov əmr verdi
14:46 13 Sentyabr 2019
Respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Femida.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sentyabrın 16-da yeni dərs ilinin başlaması ilə əlaqədar respublikanın bütün rayonlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək.
Həmçinin, hər hansı xoşagəlməz hadisənin baş verməməsi, ilk dərs gününə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq, zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM