Aşura günü məscidə gedən qadını soydular - Bakıda


15:14     13 Sentyabr 2019 2019/09/mescid-(1)_1568373425.jpg

Bakıda sentyabrın 10-da, Aşura günü oğurluq hadisəsi baş verib.

Femida.az Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunun, Binəqədi qəsəbəsində məscidə gedən qadın oğrunun qurbanı olub. Məsciddə dini ayini yerinə yetirən qəsəbə sakini Bibixanım Məcidovanın cibindən 200 manat nağd pul və mobil telefonu oğurlanıb. Faktla bağlı polisə müraciət edilib, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 534