Tovuzda güllələnən sabiq məhkəmə sədri ilə bağlı - Vəkillər Kollegiyasından AÇIQLAMA


15:20     13 Sentyabr 2019 2018/07/anar-bagirovqq_1531983330.jpg

Xəbər veridyimiz kimi bu gün səhər saatlarında Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərli öldürülüb.


Femida.az xəbər verir ki, ilkin yayılan məlumatlarda qətlə yetirilən şəxsin vəkillik fəaliyyəti ilə məşğul olduğu detyilirdi. Lakin məsələ ilə bağlı açıqlama verən Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, qətlə yetirilən Firudin Ələkbərli kollegiyanın üzü olmayıb:

"Biz dəqiləşdirdik ki, qətlə yetirilən şəxs öz ofisinin üzərinə heç bir qanuni əsası olmadan "Hüquq Məsləhətxanası" yazılan lövhə asıb. Ancaq bu məsləhətxananın Kollegiya ilə heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, keçmiş məhkəmə sədrini öldürən Yanıxlı kənd sakini Əli Şəmiyev əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb

Femida.az

Açar sözlər:

Oxunub: 949