Bakıda avtobusların hərəkət intervalı azaldılacaq
16:24 13 Sentyabr 2019
Azərbaycand yeni tədris ilinin başlanması ilə əlaqədar Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib.
Bu barədə Femida.az- a Bakı Nəqliyyat Agentliyindən bildirilir.
Məlumatda deyilir ki, daşıyıcılara sərnişin avtobuslarının hərəkət intervalının mümkün qədər azaldılması, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayının artırılması tapşırılıb. Məqsəd xüsusən də ilk dərs günü səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda, rahat çatmasını təmin etməkdir.
Bundan başqa, səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə işıqforlarda “yaşıl dalğa” tətbiq olunacaq. Nəzərdə tutulan tədbirlərin səmərəli olması üçün hərəkət iştirakçılarına anlayışlı olmaları, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmamaları xahiş olunur.
Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa gətirib çıxarır. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar.
Qeyd edilənləri nəzərə alaraq vətəndaşlar mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırılıb.
Oxunub: 471
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb