Bu ölkədə rüşvət tələb edən məmurlar güllələnəcək


18:06     13 Sentyabr 2019 gullelenme%2012%20yan.jpg

Flippin prezidenti Rodrigo Duterte rüşvət tələb edən məmurlara güllə atmağa icazə verib.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Dutertenin sözlərinə görə, korrupsioner məmurları yalnız ayağından güllələmək olar.

"Vergiləri, gömrük rüsumlarını və s. ödəyirsinizsə və bu axmaqlar rüşvət tələb edirsə, vurun. Silahınız varsa, onları vura bilərsiniz, amma öldürməyin. Çünki əks halda məhkəmədə əfv olunmaya bilərsiniz".

Rodrigo Duterte qeyd edib ki, korrupsiya ölkədə geniş yayılmış problemə çevrilib: "Bu, hökumətdə olan hər kəsin içində oturan bir qurddur" .

O, qanunu pozan məmuru güllələyənlərə qarşı yeganə tədbirin "ciddi fiziki cəza" olacağını, ancaq həmin şəxslərin həbs edilməyəcəyini deyib

Femida.az

Açar sözlər:

Oxunub: 494