Norveçdə neft tankeri yanıb

Norveçdə neft tankeri yanıb


18:58     13 Sentyabr 2019 2019/09/f688d423-3da4-4a85-9107-7e247570fe80_1568379294.jpg

Norveçin Bergen şəhərindəki Sture terminalı yaxınlığında dayanan "Dubai Harmony" tankerində yanğın baş verib.



Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Norveç polisi məlumat yayıb.

Tankerdə 40 kubmetr yanacaq olub.

100-dən çox insan təxliyyə edilib.

NRK teleradio şirkəti isə tankerin göyərtəsində hələ 23 dənizçinin qaldığını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 136