İstirahət günlərində hava necə olacaq? - Proqnoz
17:52 13 Sentyabr 2019
Böyük və Kiçik Qafqazda səhər və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az -a verilən məlumata görə, şərq küləyi əsəcək, sentyabrın 15-də isə qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 22-26, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 13-17 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.
Aran rayonları nda havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR -da havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 15-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, sentyabrın 15-də qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.
Bakıda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-27 dərəcə isti təşkil edəcək.
Femida.az
Oxunub: 437
Oxşar xəbərlər
- İstirahət günlərində yol qəzalarında 11 nəfər ölüb
- İstirahətdən qayıdan ailə yol qəzasına düşüb, xəsarət alan var
- İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin hava proqnozu açıqlanıb
- İstirahət günlərinin havası
- İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
- İstirahət günlərində gözlənilən hava proqnozu
- İstirahət günləri üçün hava proqnozu
- İstirahət günlərinin hava proqnozu açıqlanıb