Ağsuda zəlzələnin nəticələrinin aradan qaldırılmasına 2 milyon manat ayrılıb - SƏRƏNCAM
18:06 13 Sentyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat Ağsu Rayon İcra Hakimiyyətinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Femida.az
Oxunub: 557
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb