Türkiyə, Rusiya və İran prezidentləri Ankarada görüşəcək


19:50     13 Sentyabr 2019 2019/09/c6150025-9a28-48da-8b83-f92ab2fb4bb5_1568389898.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani sentyabrın 16-da Ankarada Suriya üzrə tənzimləmə sammitində İdlibdəki vəziyyəti müzakirə edəcəklər.

Femida.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində bildirib.

Türkiyə prezidenti görüşdə müşahidə məntəqələri (İdlibdə Türkiyəyə aid) və PKK/YPG-PYD qruplaşması da daxil olmaqla Suriyadakı terrorçu təşkilatlara qarşı mübarizə ilə bağlı fikir mübadiləsi aparacaqlarını bildirib.

Eyni zamanda hər üç lider arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Açar sözlər:

Oxunub: 590