Qazax rayonunda iki nəfər torpaq uçqununun altında qalıb, biri ölüb


20:55     13 Sentyabr 2019 19_09_13_1568391938.jpg

Qazaxda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarapapaq kəndində qeydə alınb.

Belə ki, kanalizasiya işləri ilə əlaqədar qazıntı aparılan zaman iki nəfər torpaq uçqununun altında qalıb. Nəticədə onlardan biri dünyasını dəyişib. 1970-ci il təvəllüdlü Niftəli Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

Faktla əlaqədar araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 648