Qazaxıstanda silah anbarı partlayış - 4 hərbçi xəsarət alıb


09:12     14 Sentyabr 2019 2019/09/52D326F2-527C-4760-BD07-AC0F35953DCA_1568438265.jpeg

Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib.

Femida.az “TASS” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir.

Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 466