Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi


11:10     14 Sentyabr 2019 2018/12/vasif-talibov_1544252995.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.


Femida.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi aşağıdakı kimidir:

Şuranın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri.

Şuranın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri;

AMEA Naxçıvan Bölməsinin sədri;

Naxçıvan Muxtar Respublikasının təhsil naziri;

Naxçıvan Dövlət Universitetinin rektoru.

Femida.az

Açar sözlər:

Oxunub: 1031