Naxçıvan Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiqlənib


11:13     14 Sentyabr 2019 2019/09/naxcivan_1568445706.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib.



Femida.az-ın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun işçilərinin say həddi 8 ştat vahidi müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun xərclər smetasını və ştat cədvəlini müəyyən etmək və maddi-texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirmək tapşırılıb.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun dövlət qeydiyyatına alınmasını təmin etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 463