Üç güləşçimiz yarımfinalda
12:28 14 Sentyabr 2019
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatına start verilib.
Femida.az xəbər verir ki, millimizin üzvü Rafiq Hüseynov 82 kq çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, ukraynalı Yuri Şkryuba qalib gəlib – 7:0.
55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli isə 1/8 finalda Hindistan güləşçisi Manjet Manjet 8:0 hesabı ilə məğlub edib.
Yunan-Roma güləşçimiz Sənan Süleymanov 1/8 finalda gürcüstanlı Yuri Lomadzeyə qalib gəlib – 9:5.
***
63 kq çəkidə güləşən Elman Muxtarov isə 1/8 final mərhələsində ermənistanlı Slavik Qalstyana 7:14 hesabı ilə uduzub.
***
Sənan Süleymanov ¼ finalda macarıstanlı Balint Koprasiyə 6:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
***
Rafiq Hüseynov isə ¼ final mərhələsində qazaxıstanlı Maxat Yerejepova 7:1 qalib gələrək yarımfinala çıxıb.
***
Eldəniz Əzizli 1/4 finalda monqolustanlı Davabandi Munx Erdendeyə 9:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Oxunub: 489
Oxşar xəbərlər
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Üç istirahət mərkəzinin rəhbəri cərimələnib
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq
- Ucarda yol qəzasında ana və 7 aylıq körpəsi xəsarət alıb
- Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb
- Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib
- Üç il əvvəl Kürdəmirdə qətl törədən şəxs həbs edilib
- Ucarda evlərdən 13 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
- Ucarda yeniyetmə oğlan qardaşını qətlə yetirib