Gəncədə anası tərəfindən döyülən 11 yaşlı qız evdən qaçıb


12:55     14 Sentyabr 2019 2019/09/doydu_1568450622.jpg

Gəncədə 11 yaşlı qız anası onu döydüyü üçün evdən qaçıb.


Evdən qaçan A.H-nın (ad, soyad şərti) qonşuları onun küçədə yatdığını görüb və məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə məlumat veriblər.

Araşdırma zamanı 2008-ci il təvəllüdlü qız anasının onu dəfələrlə döydüyünü və bundan bezərək evdən qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin Gəncə Regional Mətbuat xidmətindən Femida.az-a bildirilib ki, 11 yaşlı qızın anası tərəfindən döyüldüyü məlum olsa da onun bədənində işgəncə və xəsarət izi aşkarlanmayıb. Məsələ ilə bağlı qadının izahatı alınıb və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə) əsasında araşdırma aparılır.

Qeyd edək ki, qadın həyat yoldaşından ayrı yaşayır.

Açar sözlər:

Oxunub: 647