Kürdəmirdə 61 yaşlı qadın yıxılaraq xəsarət alıb


14:15     14 Sentyabr 2019 xestexana_01888.jpg

Kürdəmir rayonunda 61 yaşlı qadın yıxılaraq xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini Baloğlanova Sahibə Əhməd qızı ehtiyyatsızlıqdan yıxılıb. Onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər xəstəyə bud sümüyünün yerdəyişmiş sınığı diaqnozu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 511