Samuxda gübrələrin güzəştli səyyar satışı keçirilir
15:04 14 Sentyabr 2019
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Femida.az -a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İlk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi satılıb. Bu gün Samuxun Poylu kəndində keçirilir.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.
Oxunub: 595
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi