Bakıda ağır qəza: Ölən və yaralılar var


15:21     14 Sentyabr 2019 qeza_avto.jpg

Sentyabrın 13-də saat 12 radələrində Pirallahı rayonunun Gürgan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini M.Misirovun idarə etdiyi “Ford Karqo” markalı avtomobilə vurub.
Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, nəticədə E.Abbasovun sərnişini Fuad Məcnunov hadisə yerində ölmüş, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 517