Məktəblərin ətrafında piyada keçidləri yenilənir


17:16     14 Sentyabr 2019 2019/09/84751A5C-6076-40EC-ADED-9CEFCB4E7A6F_1568465028.jpeg


Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, son iki həftə ərzində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib.

Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 603