Tramp bin Ladenin oğlunun ölümünü təsdiqləyib


19:19     14 Sentyabr 2019 tramp%20(1).jpg

ABŞ lideri Donald Trump Əl-Qaidə terror təşkilatının öldürülən keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Ladenin ölümünü təsdiqləyib.

Bu barədə AFP məlumat yayıb.

Mart ayında Amerika Birləşmiş Ştatları Həmzə bin Ladenin olduğu yeri müəyyənləşdirməyə yardım edəcək hər hansı bir məlumata görə 1 milyon dollara qədər mükafat vəd etmişdi.

Bundan əvvəl KİV-lərdə Usama bin Ladenin oğlunun ölümü barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Usama bin Laden 2011-ci ildə Pakistanda Amerika xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 555