Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirilib
20:42 14 Sentyabr 2019
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirib.
Bu barədə komitə sədri Tural Hüseynov məlumat verib.
Komitə sədri bildirib ki, monitorinq zamanı idarənin müvəqqəti saxlanma yerində saxlanılan 2 nəfərlə görüşüblər: "Monitorinqi mən və komitənin sədr müavini Elçin Şirinov keçirmişik. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə təqsirləndirilirlər. Onlarla fərqi söhbətlər apardıq, saxlanma şəraiti, rəftarla maraqlandıq. Nə saxlanma şəraiti, nə qidalanma, nə də rəftarla bağlı heç bir şikayətləri olmadı, səhhətlərdə normal idi.
Bunulna yanaşı, həmçininsaxlanma yerlərindəki şəraitlə maraqlandıq. Saxlanma yerinin havalandırma sistemi, gəzinti meydançası, saxlanılan şəxslərin asudə vaxtları üçün yaraddılan şərait normal idi. İdarə rəisi ilə görüşümüz zamanı o bilditdi ki, yaxın vaxtlarda saxlanma yeri yenidən cari təmir olunacaq".
T. Hüseynov qeyd edib ki, monitorinqin nəticələrinə görə, idarənin müvəqqəti saxlanma yerində şərait tam normal qiymətləndirildi.
Femida.az
Oxunub: 797
Oxşar xəbərlər
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyatlar keçirib
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, saxlanılanlar var
- Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, saxlanılanlar var
- Azərbaycanda narkotikə görə ifşa edilən mütəşəkkil cinayətkar dəstələrin sayı açıqlanıb
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi - Saxlanılan var
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 3 şəhərdə xüsusi əməliyyat keçirdi
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi
- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən uğurlu əməliyyat - 10 kq tiryək gətirən şəxs saxlanıldı