Mehriban Əliyeva Şamaxıda səfərdə olub


21:11     14 Sentyabr 2019 19_09_14_1568481216.jpg

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 14-də Şamaxı rayonunda səfərdə olub.


Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra Mehriban Əliyeva Şamaxı ictimaiyyətinin nümayəndələri ilə görüşüb.



Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Şamaxı rayonu, Gülağa Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbinin açılışında iştirak ediblər.

Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidində olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 697