Bakıda gecə dəhşətli hadisə: 2 ölü,5 yaralı var+VİDEO
09:28 15 Sentyabr 2019
Binəqədi-Novxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsində 10-SC-326 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yüksək sürətlə əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə “Mercedes” 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızının idarə etdiyi 99-TE-287 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, “Chevrolet” yoldan çıxaraq aşıb.
Baş vermiş qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.
Fövqəlada Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
“Chevrolet”də olan sürücü N.Məmmədova və sərnişinlər - 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı , 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2003-cü il təvəllüdlü Məmmədov Yunus, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
1 saylı şəhər xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, Yunus Məmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Toqquşması zamanı ölənlərin şəxsiyyəti məlum olub
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya uğrayan "Mercedes" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Əmirov Vüsal Fazil oğlu və həmin avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Talıbov Şəmsi İsgəndər oğludur. Hər ikisi hadisə yerində keçinib. Onların meyiti aidiyyatı üzrə morqa təhvil verilib.
Oxunub: 816
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb