Rusiyada vertolyot itib


10:33     15 Sentyabr 2019 19_09_15_1568529269.jpg

Rusiyada vertolyot itib.

Femida.az -ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.

Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.

Vertolyotun axtarışlarına başlanıb.

Açar sözlər:

Oxunub: 523