İsmayıllıda ayı kəndə hücum etdi - Yaralı var


10:36     15 Sentyabr 2019 19_09_15_1568529435.jpg

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Açar sözlər:

Oxunub: 629