Dəhşət! Mənzildən 7 körpə meyiti tapıldı


00:46     14 Noyabr 2015 1397893119_yeni-korpe-cenubnews.jpg

Almaniyada bir mənzildən 7 uşaq meyiti tapılıb.


Bu barədə Almaniyanın DPA İnformasiya Agentliyi məlumat yayıb. Hadisə Bavariya əyalətində qeydə alınıb. İddialara görə, bir həkim mənzildə meyitlərin olduğu barədə polisə xəbər verib. Yerli polis hadisə yerinə baxış keçirib və körpə meyitləri aşkarlanıb. Meyitlərin sayının daha çox olduğu istisna edilmir.

Həmin evdə daha əvvəl 45 yaşlı bir qadın yaşayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır./apa/

Açar sözlər:

Oxunub: 1136