Sabirabadda minik avtomobili aşıb, sürücü ölüb


11:15     15 Sentyabr 2019 19_09_15_1568531056.jpg

Bu gün Sabirabad rayonunda yol-nəqliyyat qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Padar-Sabirabad yolu üzərində yerləşən Kovlar kəndi ərazisində olub.

Saatlı rayonunun Cəfərxan kənd sakini 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 531