İranda qadınların stadionda futbola baxmasına icazə verildi
14:36 15 Sentyabr 2019
Oktyabrın 10-dan başlayaraq İranda qadınlar stadionlarda futbol oyunlarını izləyə biləcəklər.
Bu barədə İranın vitse-prezidenti Hüseyn Əli Əmiri məlumat verib. O bildirib ki, hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparılır. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.
Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.
Xatırladaq ki, sentyabrın 10-da stadiona daxil olmağa cəhd edən 29 yaşlı qadın azarkeş Səhər Xudayari tutularaq məhkəməyə verilmişdi. Məhkəmənin ona cəza verməsini öyrənən S.Xudayari özünü yandıraraq öldürüb. Bundan sonra Beynəlxalq Futbol Federasiyaları Assosasiyası (FİFA) İran hökumətini tənqid edərək məktub göndərib. Məktubda tələb edilirdi ki, qadınların hüquqları pozulmasın və onların stadiona maneəsiz daxil olmalarına icazə verilsin. Əks təqdirdə İranın Milli Futbol Federasiyasına sanksiyalar tətbiq olunacaq. Bu isə onu deməyə əsas verirdi ki, İranın milli komandası beynəlxalq yarışlara buraxılmayacaq.
Lakin İran hökuməti məsələni həll edərək sanksiyaların tətbiqinə imkan yaratmadı.
Qeyd edək ki, oktyabrın 10-da Tehranda İran və Kambocanın milli komandaları qarşılaşacaq. (AzərTAc)
Femida.az
Oxunub: 421
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub