Türkiyənin Vitse-prezidenti Azərbaycana gəlib
18:04 15 Sentyabr 2019
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.
Femida.az
Oxunub: 769
Oxşar xəbərlər
- Türkiyənin 2 hərbçisi şəhid olub
- Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib
- Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
- Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub
- Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
- Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək
- Türkiyənin məşhur şairi vəfat edib
- Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib
- Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
- Türkiyənin Mehteran Birliyinin nümayəndələri Azərbaycana gəlib