Sel bu ölkədə 32 nəfərin ölümünə səbəb oldu


18:57     15 Sentyabr 2019 19_09_15_1568557728.jpg

Taylandın şimal-şərqindəki dörd əyalətdə mövsümi leysan yağışları nəticəsində yaranan şiddətli daşqınlar davam edir.


Avqustun 29-dan bəri davam edən fəlakət nəticəsində 418 min ailə zərər görüb, 32 nəfərin həyatına isə son qoyulub. Daşqınlar səbəbindən Roy Et, Sisaket, Ubon Ratchathani və Yasotxon əyalətlərinin 24,2 mindən çox sakini təxliyə edilib.

Qeyd edək ki, yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda yağışlar dayandıralacağı halda, bu insanlar 4-5 gündən sonra evə qayıda biləcəklər.

Bildirilir ki, ən çox zərərçəkən Ubon Ratchathani əyaləti sayılır, çünki su axını qonşu vilayətlərdən məhs oraya yönəlir.

Femida.az

Açar sözlər:

Oxunub: 411