Mənzil oğruları nədən ehtiyatlanır?
19:01 15 Sentyabr 2019
“Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə yolunu kəsən maneələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir”.
Femida.az-ın məlumatına görə, bu barədə açıqlama verən Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin fikrincə, ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışı olmasın: “Əgər əvvələr evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük "təhlükə", polisin təşkil etdiyi mühafizə sistemidir”.
E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür:
“Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir”.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Mənzil İnşaatı Dövlət Agentliyi Yasamalda yeni mənzilləri satışa çıxarıb
- Mənzildə qadın meyiti aşkarlanıb
- Mənzillərin sahəsi qanuna görə bu şəkildə hesablanmalıdır
- Mənzildə televizorun partlaması nəticəsində beş nəfər ölüb
- Mənzillər üçün növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək
- Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı açıqlandı
- Mənzildən 2 min manatlıq oğurluq olub
- Mənzildə əcnəbi vətəndaşın meyiti tapılıb
- Mənzildən 10 min manatlıq oğurluq edilib
- Mənzildən 15 minlik qızıl oğurlayan saxlanıldı