Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
19:31 15 Sentyabr 2019
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.
Femida.az xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.
İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib. Bu bürünc medalla Eldəniz Əzizli Tokio Olimpiadasına vəsiqə qazanıb.
Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.
Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Femida.az
Oxunub: 757
Oxşar xəbərlər
- Eldəniz Səlimovun apellyasiya şikayəti təmin edilməyib
- Eldəniz Səlimovun apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb
- Eldəniz Səlimovun məhkəməsinin vaxtı məlum olub
- Eldəniz Səlimovun deputat səlahiyyətlərinə xitam verilib
- Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
- Eldəniz Səlimovun məhkəməsi keçirilir
- Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib
- Eldəniz Səlimovun apellyasiya şikayəti geri götürülüb
- Eldəniz Səlimov apellyasiya şikayəti verib
- Eldəniz Səlimov saxlanılıb