Kök olduğu üçün şagirdi məktəbdən çıxardılar


19:49     15 Sentyabr 2019 19_09_15_1568560026.jpg

Özünə uyğun məktəbli forması tapa bilməyən artıq çəklili qızı oxuduğu məktəbdən qovublar.


Femida.az bildirir ki, hadisə Böyük Britaniyanın Portçester şəhərindəki məktəblərinin birində baş verib.

14 yaşlı Kada Consun oxuduğu təhsil müəssisəsində məktəb forması geyinmək məcburidir. Qeyri-standart bədən formasına malik qız əyninə normal pencək tapsa da, formanın yubkası əyninə olmayıb. Buna görə də, qız eyni rəngdə ətək geyinirmiş.

Maraqlı burasıdır ki, Kada uzun illər bu üsuldan istifadə edib və sözgüdən mövzuda yalnız 10-cu sinifdə problem yaşayıb. Qızın qarşısında şərt qoyublar: ya hamı kimi forma geyəcək, ya da evdə dərs almalı olacaq.

Məktəblinin anası Karlin Cons bildirib ki, qızı tam sağlamdır və onun görünüşünün səhhəti ilə heç bir bağlılığı yoxdur.

Təhsil müəssisəsinin direktoru deyib ki, problem təkcə qızın məktəb gerbinin əks olunduğu yubkanı geyinməməsi deyil, həm də bu yubkanın bir qədər qısa olmasıdır.

Hazırda hər iki tərəfi təmin edəcək uniformanın axtarışları aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 756