Bu gün polis gücləndirilmiş rejimdə çalışacaq

Bu gün polis gücləndirilmiş rejimdə çalışacaq


09:33     16 Sentyabr 2019 polis87.jpg

Bu gün respublikanın daxili işlər orqanları yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Femida.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sentyabrın 16-da yeni dərs ilinin başlaması ilə əlaqədar respublikanın bütün rayonlarında, həmçinin Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək.

Həmçinin, hər hansı xoşagəlməz hadisənin baş verməməsi, ilk dərs gününə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq, zəruri olan bütün təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 173