Bu gün Azərbaycanda TV və radio işləməyəcək


09:32     16 Sentyabr 2019 tv-remote_1972811c7.jpg

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən, dörd dəfə profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da həyata keçiriləcək.

Açar sözlər: #profilaktika  

Oxunub: 439