Bir sıra rayonda qaz təchizatı dayandırılacaq


09:45     16 Sentyabr 2019 qaz7.jpg

Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.



"Azəriqaz" İB-dən Femida.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 352