Ağcabədidə yol qəzası, sürücü öldü


10:01     16 Sentyabr 2019 qeza_yeni.jpg

Ağcabədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.



Femida.az xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. Minik avtomobili ilə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza  

Oxunub: 345