Gürcüstanlı nazir Bakıya danışıqlara gəlir

Gürcüstanlı nazir Bakıya danışıqlara gəlir


10:18     16 Sentyabr 2019 2019/09/georg-1568614213_1568614943.jpg

Bu gün Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana rəsmi səfər edəcək.


Femida.az xəbər verir ki, səfərin məqsədi Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi müzakirə ediləcək. Bundan əlavə, Gürcüstan nümayəndə heyətinin Bakıda bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, səfər iki gün davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 146


Oxşar xəbərlər