Elşad Əhmədov istefa verdi

Elşad Əhmədov istefa verdi


10:37     16 Sentyabr 2019 2019/09/elele_1568615904.jpg

Azərbaycan Premyer Liqasında çıxış edən "Sabah" klubunda baş məşqçi dəyişikliyi olub.


Femida.az xəbər verir ki, əsas komandanının baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək.

Qərar klub rəhbərliyi ilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq əvəzedici kollektivə rəhbərlik edən Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək.

İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

"Sabah" 4 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, bu, mövsümdə ikinci istefadır. Bundan öncə “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan ayrılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 309