Zakir Həsənov : Aprel döyüşləri zamanı ermənilər yiyələrinin yanına qaçıb... (VİDEO)

Zakir Həsənov : "Aprel döyüşləri zamanı ermənilər yiyələrinin yanına qaçıb..." (VİDEO)


10:36     16 Sentyabr 2019 19_09_16_1568616045.jpg

Müdafiə naziri Zakir Həsənov Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.


Femida.az xəbər verir ki, nazir 2016-cı ilin aprel döyüşləri ilə bağlı danışarkən maraqlı məsələyə də toxunub.

O, döyüşlərin təfərrüatları barədə danışıb:

“...Boş-boş danışmaq ermənilərə qalacaq. 2016-cı ilə Azərbaycan Ordusu kiçik bir hissəsi ilə Ermənistan ordusunu 3 gün ərzində darmadağın etdi. Onlar məcbur qalıb səfərlik elan etdilər... Nə oldu? Hardadılar bunlar ? Qaçdılar dərhal yiyələrinin yanına. Yalvardılar ki, qoymayın, bizi qırırlar. İnanmıram ki, yiyələri ikinci dəfə bunların dalında dayana bilsin".

Müdafiə naziri müsahibəsində həmçinin Qarabağda baş verənlərdən də danışıb. Ətraflı videonu təqdim edirik:




Miri Məcidli
Femida.az

Açar sözlər: #aprel_döyüşləri   #Video   #Zakir_Həsənov  

Oxunub: 1791