Ruhani Ankaradadır

Ruhani Ankaradadır


10:45     16 Sentyabr 2019 2019/09/ruhani-sefer_1568616804.jpg

İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfərə gedib.


Femida.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İran prezidentinin rəsmi saytında bildirilir.

Məlumata əsasən, H.Ruhani Ankaraya sentyabtın 16-sı keçiriləcək Suriya üzrə üçtərəfli sammitdə iştirak etmək üçün səfər edib.

Qeyd edilir ki, Rusiya və Türkiyə liderləri ilə üçtərəfli görüşdən əlavə, İran prezidenti Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüşlər də keçirəcək.

Bildirilir ki, tərəflər həmçinin iqtisadi əlaqələr və regional təhlükəsizlik də daxil olmaqla bir çox məsələləri müzakirə etməyi planlaşdırırlar.

Femida.az

Açar sözlər: #Ruhani  

Oxunub: 128