İran Britaniya tankerini azad edir


11:11     16 Sentyabr 2019 19_09_16_1568617941.jpg

İran hərbçiləri tərəfindən Fars körfəzində saxlanılan Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankeri bir neçə gün ərzində azad olunacaq.
Femida.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi açıqlama verib. Onun sözlərinə görə, tankerlə bağlı hüquqi prosedur demək olar ki, başa çatıb.

"Böyük Britaniyaya məxsus tankerlə bağlı məhkəmə prosesi yekunlaşıb. Bir neçə gün ərzində sərbəst buraxılmalıdır".

Qeyd edək ki, iyulun 19-da İran beynəlxalq qaydaları pozduğunu əsas gətirərək Hörmüz boğazında Böyük Britaniyanın "Stena Impero" tankerini saxlayıb.

Açar sözlər:

Oxunub: 359